!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynadan danışıqlar TƏKLİFİ: Çinin təklifləri Moskva ilə razılaşdırılıb – Zelenski nələri istədi?

!Reklam – Yazi

“Rusiya və Ukrayna rəsmiləri müharibə başlayandan bəri bir-birilərini dəfələrlə ittiham ediblər. Rusiya hesab edir ki, Kiyevdə qeyri-legitim bir hökumət mövcuddur, Ukrayna prezidenti Volodimir Zelenski isə bəyan edib ki, belə bir dövrdə yeni dövlət başçısının seçilməsi mümkünsüzdür”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

 

O, Ukraynanın Rusiya ilə danışıqlara başlamaq istəməsi ilə bağlı yayılan informasiyaları şərh edib.

“Ukrayna lideri onu da sual edib ki, səngərlərdə olan hərbçilər ona necə səs verəcək? Yaxud işğal altındakı torpaqlarda yaşayan Ukrayna vətəndaşları seçkilərdə necə iştirak edəcəklər? Məsələnin digər tərəfi isə budur ki, rəsmi Kiyev Rusiyanı ittiham edir ki, danışıqlar ancaq Ukraynanın 1991-ci il sərhədlərinə geri qayıtmasından sonra baş tuta bilər. Lakin reallıq budur ki, sözügedən məsələdə pat vəziyyəti yaranıb”, – əlavə edib.

F. Sadıxovun fikrincə, görünən odur ki, bu gün nə Rusiya Ukraynanı tam şəkildə işğal, nə də Ukrayna işğal olunmuş torpaqlarını tam şəkildə azad edə bilir:

“Ona görə də indi bir çox məsələlər vasitəçilərdən asılıdır. Burada daha aktiv vasitəçi kimi çıxış edən Çindir. Hətta Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bu yaxınlarda Çində olub. Bu məsələdə Pekin administrasiyasının müəyyən təklifləri mövcuddur. Qənaətimə görə, Çinin təklifləri Moskva ilə də razılaşdırılıb, çünki Çinlə Rusiya arşında münasibətlər kifayət qədər sıxdır”.

“İlk növbədə, hər iki tərəf ambisiyalarını qırağa qoyub danışıqlar masasına əyləşməlidir. Çünki bunun başqa bir çıxış yolu yoxdur və bu müharibə əbədi ola bilməz. Onlar danışıqlara başlamalıdır ki, proses müəyyən razılaşmalarla nətiləcənək, ya yox. Hər halda, tərəflər başa düşməlidir ki, burada qələbə qazanmaq çətin bir məsələdir. Qısacası, indiki situasiyada tək çıxış yolu danışıqlar masasına əyləşib müzakirələrə start verməkdən keçir”, – deyə mütəxəssis fikirlərini tamamlayıb.

Rafi Müslümov

www.yenicag.az

178
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv