Ukraynadan Samir Adıgözəlliyə orden verildi - FOTOLAR

media-hightechnic-468x90

Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) bu gün Samir Adıgözəllini, “Tenqri Ulduzu” ordeni ilə təltif edib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının sədr müavini Sergey Hnatiyuk açıqlama verib.

Onun  sözlərinə görə, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov İSBAM sədri, Azərbaycanın İctimai-siyasi xadimi Samir Adıgözəllinin “Türk Dünyası qarşısında xidmətlərinə görə “Tenqri Ulduzu” ordeni ilə təltif olunması barədə əmri imzalayıb.

Məlumata görə, “Tengri Ulduzu” ordeni artıq Samir Adıgözəlliyə təqdim edilib.

Xatırladaq ki, 2019-cu ildə “Tengri Ulduzu” ordeni ilə professor Fərhad Turanlı, 2020-ci ildə isə Türk Dünyasının agsaqqalı Nursultan Nazarbayev təltif edilib./mia.az

imgimg
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa