!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynalı rəsmilər ABŞ-da kimlərlə GÖRÜŞƏCƏKLƏR?

!Reklam – Yazi

“Ukrayna Prezident Administrasiyasının rəhbəri Andriy Yermak Tramp administrasiyasının nümayəndələri ilə görüşlər keçirmək üçün ABŞ-yə səfər edib”.

Yenicag.az “European Pravda”ya istinadla xəbər verir ki, bu barədə NATO nazirlərinin iclası çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy Sibiqa məlumat verib.

Nazir bildirib ki, Yermakın ABŞ-yə səfəri artıq başlayıb:

“Bu gün Prezident Administrasiyasının rəhbəri Andriy Yermak ABŞ-dədir və mühüm görüşlər keçirəcək. Ofisin rəhbəri səviyyəsində bu təmaslar, xüsusilə də yeni administrasiya ilə əlaqələrin qurulması baxımından vacibdir”.

O, planlaşdırılan görüşlərin detalları barədə məlumat verməyib. Nazir əlavə edib ki, Respublikaçılar Partiyasının nümayəndələri ilə əvvəlki təmaslar Ukraynaya müharibə dövründə Amerika dəstəyinin davam edəcəyi barədə ümidləri gücləndirib.

“Belə ki, mənim ABŞ-yə son səfərim zamanı Respublikaçılar Partiyasının nümayəndələri ilə görüşlər keçirilib və Ukraynaya gələcək dəstək haqqında müzakirələr aparılıb. ABŞ və Amerika xalqının bu dəstəyi davam etdirəcəyinə inanırıq”, – deyə Sibiqa bildirib.

O həmçinin vurğulayıb ki, ABŞ-ın yeni administrasiyasından “güc vasitəsilə sülh” prinsipinə əsaslanan siyasət gözləyirlər. Əvvəlki məlumatlara görə, Yermakın ABŞ-yə səfəri çərçivəsində, Tramp tərəfindən Ukrayna və Rusiya üzrə xüsusi nümayəndə vəzifəsinə namizədliyi irəli sürülmüş Keyt Kelloqla görüşlərin keçirilməsi də planlaşdırılıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

93
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv