!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ukraynalılar qələbə yox, müharibənin tez zamanda bitməsini istəyir” – Timoti Aş

!Reklam – Yazi

“Zelenski hazırda diplomatik həll yolları axtarır”.

Yenicag.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenskinin müharibə planının dəyişməsi ilə bağlı bəyanatının nəyi ehtiva etdiyi barədə fikirlərini səsləndirən analitik Timotu Aş deyib.

Onun sözlərinə görə, Zelenskinin son müsahibələri müharibənin başa çatması üçün Rusiyanın ələ keçirdiyi əraziləri Ukraynaya qaytarmağı nəzərdə tutmayan planı olduğunu göstərir.

“Bu, Zelenskinin ərazi üzərində böyük kompromisidir. Öncəki bəyanatlarına baxsaq, ərazilər geri qaytarılmazsa, sülh razılaşmasının baş tutmayacağını deyirdi. İndi isə özü də etiraf edir ki, Rusiya tərəfindən ələ keçirilən ərazilərin hərbi yolla geri alınması çətindir. Yəni o, dediyi kimi, hazırda diplomatik həll yolları axtarır.

Nəzərə almaq lazımdır ki, Zelenskinin belə bəyanatları həm də respublikaçı lider Donald Trampın ABŞ-də keçirilən seçkilərdə qalib gəlməsindən dərhal sonra səsləndi. Trampın seçilməsi fonunda ABŞ-nin Ukraynaya münasibətinin dəyişəcəyi ehtimalı yüksəkdir”.

Onun fikrincə, Co Baydenin dövründə ABŞ Ukraynaya ən böyük hərbi yardımı göstərən ölkə olub:

“ABŞ Dövlət Departamentinin məlumatına görə, Vaşinqton 2022-ci ilin fevralından bəri Ukraynaya 64 milyard dollarlıq hərbi yardım göndərib. Trampın isə Ukrayna ilə bağlı sülh planı qeyri-müəyyən olsa da, Kiyevdə onun yardımı kəsəcəyi və ya tamamilə dayandıracağı barədə qorxular böyükdür. ABŞ yardımı dayandırsa, Ukrayna sürətlə şiddətlənən müharibədə mübarizə aparmaqda çətinlik çəkəcək. Hazırda dron zərbələri ilə yanaşı, Rusiya hərbçiləri Ukraynanın şərqindəki sənaye bölgəsi Donbası ələ keçirməyə çalışır.

Zelenskinin hazırda ən böyük istəyi Donald Trampla birbaşa işləməkdir. Çünki ölkədə ictimai rəy də dəyişib. Ukraynalılar qələbə yox, müharibənin tez zamanda bitməsini istəyir. “Gallup” sorğusunun nəticələrinə görə, ukraynalıların 52 faizi müharibənin hətta ərazilərin verilməsi bahasına olsa belə mümkün qədər tez bitməsini istəyir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

66
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv