Ülviyyə Rəhmanova restoranlarından danışdı-Foto
“Nargis” jurnalının baş redaktoru Ülviyyə Rəhmanova ötən gün ona məxsus restoranlarla bağlı yayımlanan xəbərə münasibət bildirib.
Tezliklə Harvey Nichols ticarət və əyləncə mərkəzində “Nargis” jurnalına bilavasitə aidiyyatı olan “Nargis” kafesi açılacaq. Kafe təkcə qadınlara yox, həm də kişilərə xidmət göstərəcək. Buranın qapıları ev heyvanları ilə gələn müştərilərin də üzünə açıqdır. Gələcək planlarda isə dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Harvey Nichols mərkəzlərində “Nargis” kafesinin açılması var. Bu, Moskvadakı “Vogue Cafe”, Parisdəki “Avenue Cafe”, Milandakı “Armani Cafe”nin analoqu olacaq. “Nargis” kafesinin əsas ideyası Bakıda müasir tendensiyalarla qədim ənənəni (80-ci illərdə Fəvvarələr Meydanında fəaliyyət göstərən eyniadlı kafeni xatırlamaq kifayətdir) bərpa etmək və şəhərin ən populyar məkanlarından birinə çevirməkdir. Kafenin əsas özəlliyi qonaqlara yalnız sağlam qidaların, eləcə də təzə sıxılmış şirələrin təqdim olunmasıdır.
Digər restoran isə 2 həftə sonra Dövlət Filarmoniyasında açılacaq. Lakin mətbuatda bildirildiyi kimi, restoranın adı “Ulala” olmayacaq. Burada italyan ev mətbəxinin ləziz təamları veriləcək.