!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Un məmulatlarının, ətin və nəqliyyatda gediş haqqının bahalaşması gözlənilir” - Qubad İbadoğlu

!Reklam – Yazi

“Azərbaycanın varlı dövlət olması üçün vətəndaşının sosial vəziyyəti yaxşılaşdırılmalıdır”.

Bunu ölkədə qiymət artımına təsir edən amilləri dəyərləndirən iqtisadçı Qubad İbadoğlu Yenicag.az-a açıqlamasında deyib.

Qubad İbadoğlunun sözlərinə görə, ölkədə qiymət artımını şərtləndirən amillərdən biri də özəlləşdirmədə yeni mərhələ gözləntisidir:

“Azərbaycanda özəlləşdirmə gözlənilir və bu proses kommunal xərclər də daxil olmaqla, bir sıra sahələrdə bahalaşmaya yol açacaq. Qiymət artımı mərhələli şəkildə həyata keçiriləcək. Bu artım təkcə kommunal sahələrdə deyil, ərzaq məhsullarında da olacaq.

Son zamanlar xüsusilə, şəkər, un və bitki yağlarının qiymətində bahalaşma artıq müşahidə olunur. Yaxın zamanlarda un və un məmulatlarının, ətin, nəqliyyatda gediş haqqının qiymətinin artması ehtimalı yüksəkdir.

Son nəticə olaraq, əhalinin sosial vəziyyətində çətinliklər yaşanacaq. Bu tendensiyanın qarşısını almaq üçün vətəndaşların həmrəylik göstərməsi və bahalaşmaya etiraz etməsi olduqca vacibdir.

Əks halda, işğaldan azad olunmuş ərazilərdə də məmur özbaşınalığı və korrupsiya davam edəcək. Vətəndaşlar qazandıqlarını yalnız kommunal xərclərə və ərzağa ödəməli deyil. Bu, yaşamaq sayılmır”.

Gülşən Şərif

COP29

www.yenicag.az

2069
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv