!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

UNEC-də LU/LSE bakalavr proqramı başlanıb-Foto

!Reklam – Yazi

unnamed (8)London Universiteti / London İqtisadiyyat Məktəbinin (LSE) bakalavr proqramının Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dərsləri başlanıb.

UNEC-in rektoru, professor Ədalət Muradov gəncləri dünyanın ən qabaqcıl iqtisadiyyat yönümlü ali məktəbinin proqramı üzrə dərslərə başlamaqları münasibəti ilə təbrik edib. Bildirib ki, burada tələbələr London Universitetinin tədris proqramı əsasında təhsil almaqla yanaşı, həmçinin bu nüfuzlu təhsil ocağının tədris resurslarından da istifadə edə biləcək, London İqtisadiyyat Məktəbinin Londonda yerləşən kampusunda fəaliyyət göstərən Yay Məktəbinə qatılacaqlar. Rektor qeyd edib ki, tələbələrin UNEC-lə bərabər, LSE-nin bakalavr diplomunu da əldə etmələri onları əmək bazarında rəqabətə davamlı kadra çevirəcək.

İlk dərsi London Universiteti / London İqtisadiyyat Məktəbinin (LSE) bakalavr proqramının UNEC-dəki tədris işləri üzrə direktoru Tayson Lemons keçib. T.Lemons tələbələrə LSE-də tədris prosesininin üstünlüklərində söz açıb. Bildirib ki, tədris proqramının tərtibi, təhsilin keyfiyyət parametrlərinə nəzarət və tədris prosesinin idarə olunmasını birbaşa London Universiteti həyata keçirəcək. LSE-nin hazırkı kurikulumuna uyğun olaraq, hər tədris ilində dörd fənn olmaqla, üç il ərzində 12 əsas fənn tədris ediləcək. Bu fənlər üzrə yekun imtahanlar hər tədris ilinin sonunda (may-iyun aylarında) keçiriləcək və nəticələr qiymətləndirilmək üçün LSE-yə göndəriləcək. Proqramı müvəffəqiyyətlə bitirən məzunlar London Universitetinin İqtisadiyyat Məktəbinin bakalavr diplomunu əldə edəcəklər və diplomlar Londonda keçirilən məzun günündə təqdim olunacaq.

London Universiteti / London İqtisadiyyat Məktəbinin bakalavr proqramında birinci kursu bitirmiş, Ümumi Orta Müvəffəqiyyət göstəricisi 80 baldan çox olan və ingilis dili tələblərinə cavab verən (IELTS – 6.0, TOEFL – 87, PTE Academic – 57) 6 tələbə təhsil alır. Tələbələrin bakalavr proqramına qəbulunu LSE həyata keçirib.

 

www.yenicag.az

994
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv