!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Universitetdə partlayış baş verib

!Reklam – Yazi

212415_1463113439_3b3ee881c1f083466ab96d6b0e3f4575Yəmənin paytaxtı Sənada universitet binasında partlayış baş verib.

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Sky News Arabia” məlumat yayıb. Partlayış nəticəsində azı 3 nəfərin öldüyü, bir neçə nəfərinsə yaralandığı bildirilir. İlkin məlumatlara görə, partlayıcı qurğu ədəbiyyat fakültəsinin tədris auditoriyalarından birinə yerləşdirilib. Partlayışın husilərin təşkil etdiyi bayram tədbirləri sırasında baş verdiyi deyilir.

Hadisənin təfərrüatları araşdırılır. Hələlik ölkə ərazisində olan terror qruplaşmalarından heç biri baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, Yəməndə bir neçə ildir, vətəndaş müharibəsi davam edir. Tərəflərdən biri sabiq prezident Əli Abdal Salehə sadiq olan husilərin hərbi qolu “Ənsar Allah” şiə hərəkatı, digəri isə hakimiyyətdən devrilmiş Səudiyyə Ərəbistanının rəhbərliyi ilə koalisiya qüvvələri tərəfindən dəstəklənən sünni prezident Mənsur Hadinin tərəfdarlarıdır.
Sosial səhifələrdə paylaş

www.yenicag.az

502
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv