Uroqlarımızın daha bir uğuru

media-hightechnic-468x90

61253Bu yaxınlarda Türkiyədə keçiriləcək beynəlxalq statuslu 23-cü Milli Urologiya Konqresində həmvətənlərimiz də öz məruzələri ilə çıxış edəcəklər.

İlk dəfə Mərkəzi Neftçilər Xəstəxanasının Urologiya şöbəsində tətbiq edilən sidik kanalının unikal rekonstruksiya metodu, laparoskopik və minimal invaziv urologiya sahəsindəki nailiyyətlər, eksperimental elmi araşdırmalar və s. həmvətənlərimizin məruzələrində əsas prioritet mövzu olacaq. Konqreslə bağlı suallarımızı cavablandıran Mərkəzi Neftçilər Xəstəxanasının urologiya mütəxəssisi, tibb üzrə fəlsəfə doktoru, tanınmış cərrah Rəşad ŞOLAN bu nəhəng elmi tədbirlə əlaqədar bunları söylədi: “Oktyabr ayında Türkiyə Respublikasında keçiriləcək 23 Milli Urologiya Konqresinə dəvət almağımız bizi çox qürurlandırdı. Bu konqresdə hədəfimiz klinikamızda tətbiq etdiyimiz yeni cərrahi metodların nəticələrini və digər elmi araşdırmalarımızı xaricdəki həmkarlarımızla paylaşmaqdır. Bu toplantıda 7 məruzəmiz olacaq. Bu məruzələrimizin hər birisi urologiyanın ən aktual problemlərini əhatə edir. Xüsusən də ilk dəfə bizim klinikada tətbiq etdiyimiz sidik kanalının yeni rekonstruksiya metodu dünya tibb ədəbiyyatında bir ilkdir”. (qafqazinfo.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600