Uşağını Marsda dünyaya gətirmək istəyir
Yenicag.az xəbər verir ki, “Mars One” şirkətinin 2012-ci ildə elan etdiyi və ümumi dəyərinin 6 milyard dollar olacağı ehtimal olunan “Qırmızı Planet” koloniyasının qurulma planı üçün müraciətlər arasında maraqlı və eyni zamanda qeyri-adi bir olay yaşanıb.
Beləki Amerikada yaşayan 24 yaşlı Maggie Lieu adlı tələbə qızın arzusu təəcüb doğurur. O, Marsa köçərək orada yaşamaq və uşaq dünyaya gətirmək istədiyini söyləyib.
Qeyd edək ki, bu koloniyaya qoşulanlar üçün ilk öncə müxtəlif hazırlıqlar və təlimlər keçiriləcək, daha sonra 2024-cü ildə Marsa yola düşəcəklər. Gənc qızın bu istəyi baş tutarsa, o Marsda ilk dəfə uşaq dünyaya gətirən qadın olacaq.