Uşaq mənzildə köməksiz vəziyyətdə qaldı
Bakının Nərimanov rayonunda mənzildə 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Yenicag.az apa-ya istinadən bildirir ki, nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açaraq uşağı xilas edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:16-da başa çatıb.