!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaq pulu bərpa olunur? - AÇIQLAMA

!Reklam – Yazi

Uşaq pulunun verilməsi məsələsi hökumətin diqqətindədir.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hadi Rəcəbli deyib.

Deputanın sözlərinə görə, bir necə müdddətdir ki, həm mediada, həm də sosial şəbəkələrdə tez bir zamanda uşaq pulunun veriləcəyi haqqında məlumatlar var. Bu məlumatların isə heç bir əsası yoxdur. Amma bu mövzu gündəmdədir və bununla bağlı araşdırmlar davam etdirilir.

Hadı Rəcəbli əlavə edib ki, bəzən müavinətlərlə uşaq pulu qarışdırılır. Müavinətlərin verilməsində heç bir problem yoxdur və bu yaxınlarda onların verilməsində artımlar da oldu.

Millət vəkili bildirib ki, bir çox xarici ölkələrdə uşaq pulu və bu kimi bir sıra islahatların həyata keçirilməsi demoqrafik vəziyyətlə bağlıdır. Onlar əhalinin artımı üçün bu tədbirləri görürlər. Amma ölkəmizdə demoqrafik problem yoxdur və hər il təxminən 100 minə qədər uşaq doğulur. Amma buna baxmayaraq bu istiqamətdə də bir sıra addımların atıması nəzərdən keçirilir./xezerxeber.az/

COP29

www.yenicag.az

4849
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv