Uşaqdan bələdiyyə sədrinə gözlənilməz sual - VİDEO

media-hightechnic-468x90

İstanbulun Bahçelievlər rayonunun bələdiyyə sədri Hakan Bahadırın bazarda azyaşlı uşaqla dialoqu ölkə mediasında maraqla qarşılanıb.

Yenicag.az xəbər verir ki, Hakan Bahadır bir uşağa yaxınlaşaraq onunla salamlaşıb və söhbət etmək istəyib. O isə gözlənilmədən bələdiyyə sədrinə “Suyumuzu sən kəsmisən?” sualını ünvanlayıb. Azyaşlının iradını təbəssümlə qarşılayan sədr isə “Suyu mən kəsməmişəm vallah. Su məsələsinə mən baxmıram, başqası baxır” cavabını verib.

Daha sonra anası uşağın əsəbiləşməsinə aydınlıq gətirərək bildirib ki, övladı su ilə oynamağı çox sevir. O, bu səbəbdən hər dəfə suyu bağlayıb, oğluna suyu bələdiyyənin kəsdiyini deyib.

H. Bahadır uşaqla dialoqunun videosunu öz sosial şəbəkə hesablarında paylaşaraq “Az qalsın danlanacaqdıq” şərhini verib.

https://www.youtube.com/shorts/uHpWzbD0SC0?feature=share

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600