!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Uşaqlar “Sevimli ferma”ya baxdı - FOTOLAR

!Reklam – Yazi

CinemaPlus kinoteatrlarında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram təşkil edilib.

Yenicag.az xəbər verir ki, “CinemaPlus Gənclik Mall” premium kinoteatrı Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzindən olan balaca tamaşaçılar üçün əyləncəli proqram təqdim edib.

60-a yaxın uşaq Ağca və Betmenin iştirakı ilə şou proqramda iştirak ediblər. Daha sonra gənc tamaşaçılar 2019-cı ildə “Cinemazadeh” studiyasında azərbaycan dilinə peşəkar dublyaj olunmuş “Sevimli ferma” animasiya filmini izləyiblər.

Qeyd edək ki, sözügedən animasiya filmini Erkin Ergin, Vüsal Hacı-Qədir, Gülnarə Zülalova, Kəmalə Piriyeva, İslam Mehrəliyev, Samir Ələsgərov, Nicat Ələsgərov və Azər Quliyev dublyaj ediblər.

Dublyajın rejissoru Samir Ələsgərovdur.

Nehru

www.yenicag.az

1764
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv