Uşaqlara siqaret satanlar CƏRİMƏLƏNDİ

media-hightechnic-468x90

Bakıda yetkinlik yaşına çatmayanlara siqaret satan köşk və market satıcıları cərimələniblər.

media-banner_tkm

Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə.

Belə ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Nizami Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində bir köşkdə və bir marketdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Həmin satıcılar – R.Həsənov və Ə.Əliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) maddəsinə əsasən, protokollar tərtib olunub.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05