Uzandıqca uzanan MÜHARİBƏ: "Ukraynada davamlı atəşkəs perspektivi..."

media-hightechnic-468x90

“Müharibə daha da şiddətlənəcək, atəşkəs isə yaxın gələcəkdə qeyri-mümkündür”.

Yenicag.az xəbər verir ki, bunu Ukrayna müharibəsində sülh perspektivlərini təhlil edən “Avropa Müdafiəsi Jurnalı” yazıb.

Məqalədə bildirilib ki, ekspertlər Ukrayna ilə atəşkəs danışıqları səngidiyi üçün “daha çox müharibə” barədə xəbərdarlıq edirlər:

“Avropa Siyasətinin Təhlili Mərkəzinin analitikləri Ukraynada davamlı atəşkəs perspektivinə ciddi şübhə ilə yanaşırlar. Rusiyanın isə hərbi əməliyyatlarında azalma əlaməti olmadığı barədə xəbərdarlıq edirlər. Kreml hər gün 800-dən 1000-ə qədər əsgər itirir və bunu az-çox özü üçün yaxşı nəticə sayır. Bu isə müharibənin daha da artacağına dair mühüm əlamətdir.

Həm Rusiya, həm də Ukrayna hələ də taktiki üstünlük əldə etmək istəyir. Atəşkəsə sadiq qalmaqda maraqlı deyillər. Rusiyanın danışıqlar prosesi dövründə Ukrayna şəhərlərini vurmağa davam etməsi yaxşı niyyətin göstəricisi deyil. Bir sözlə, müharibə daha da şiddətlənəcək, atəşkəs isə yaxın gələcəkdə qeyri-mümkündür”.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600