!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uzandıqca uzanan SAVAŞ: "Qərbin Rusiyanı çökdürənə qədər Ukraynaya yardım göstərərək..."

!Reklam – Yazi

“Ukraynanın NATO-ya qoşulması üçün qarşısında şərt var: Rusiya silahlı qüvvələrinin Ukrayna ərazilərindən tam çıxarılması”.

Bunu Rusiyanın savaşda məğlub olma ehtimalından danışan politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.O bildirib ki, Rusiyanı Ukrayna ilə müharibəyə təşviq etməkdə məqsəd onun iqtisadiyyatını və hərbisini çökdürmək idi:

“Qərb Rusiyanı bataqlığa çəkərək çökdürməyə çalışdı. Buna bir qədər nail oldu. Rusiyaya qarşı bir çox sahədə sanksiyalar tətbiq olundu. Ukraynaya isə Qərb və ABŞ-nin böyük dəstəyi var. Maliyyə və hərbi texnika Ukraynaya müharibəni davam etdirməyə böyük köməklik göstərir. Həm Qərbin, həm Rusiyanın dirənişi müharibənin hələ uzun müddət davam edəcəyindən xəbər verir. Müharibənin davam etməsi isə yalnız Rusiya və Ukraynaya deyil, digər ölkələrə də təsir edir.

Bir müddət öncə NATO-ya Rusiya ilə həmsərhəd olan Finlandiya da qəbul olundu. Ukraynanın NATO-ya qoşulması üçün qarşısında şərt var: Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazilərindən tam çıxarılması. Bunun baş verməsi Rusiyanın müharibəni məğlubiyyətlə bitirməsi deməkdir.

Ukraynaya edilən yardımların gələcəkdə də davam etməsi gözlənilir. Belə ki, müharibə bitdikdən sonra Ukraynanın bərpası üçün ABŞ və Qərbin hazırladığı yardım paketi var. Müşahidələr Qərbin Rusiyanı çökdürənə qədər Ukraynaya yardım göstərərək müharibəni davam etdirəcəyindən xəbər verir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

386
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv