“Şeytan xarakterli qadınları anlayıram. Amma üzü kişi olub, xarakteri bazar arvadlarından fərqlənməyən kişilərin dərdi nədir mənimlə, onu anlamıram. Məni niyə gözümçıxdıya salmısınız?”
Yenicag.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Xəlilbəyli sosial şəbəkə hesabında yazıb.
Aktrisa onu tənqid edənlərə əsəbiləşib:
“Mən gözələm, ya çirkinəm, nə gündəyəm, nəyə oxşayıram? Təbii, ya süniyəm? Əməliyyatım uğursuz olub, və ya burnum əyridir, qaşım əyridir? Azadlıq istəmişəm, ya başqa səbəb? Pis, ya yaxşı anayam? Bütün bunlardan kimə nə?!
Hər halda, mənim uşaqlarım və ya ailəmin gələcəyini siz məndən artıq istəmirsiniz. Bilən də, bilməyən də bir ucdan ağzını açıb gözünü yumub Mən beləyəm, bəyənmirsən, izləmə. İblis kimi insanı yeyib bitirməyin. Pul deyiləm, hamı sevsin. Bu qədər kin, aqressiya və nifrətinizin səbəbini anlamıram. Şeytan xislətli qadınları anlayıram. Amma üzü kişi olub, xarakteri bazar arvadlarından fərqlənməyən kişilərin dərdi nədir mənimlə, onu anlamıram. Məni niyə gözümçıxdıya salmısınız?”
Nehru
www.yenicag.az