!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“V Ağıl Oyunları Festivalı”na yekun vuruldu – FOTO

!Reklam – Yazi

Azərbaycan Prezindenti yanında Gənclər Fondunun dəstəyi və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “V Ağıl Oyunları Festivalı” layihəsinin final mərhələsinə yekun vurulub.

Final mərhələsini giriş sözü ilə açıq elan edən Xəzər İntellektual Gənclər Klubunun sədri Seymur Teymurov iştirakçıları salamlayaraq intellektual oyunların gənclərin asudə vaxtının səmərəli təşkilində və onların inkişafında önəmli rolunu vurğulayıb. S.Teymurov belə yarışların ənənə halını almasının vacibliyindən danışıb və gələcəkdə də bu tip intellektual yarışların davamlı olaraq təşkil olunacağını bildirib.

Daha sonra çıxış edən Azərbaycan Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov intellektual oyunların təşkilinin Fondun prioritet layihələri arasında olduğunu deyib. O, gələcəkdə də intellektual istiqamətli layihələrin dəstəklənəcəyini söyləyərək həm gənclər təşkilatlarının, həm də fiziki şəxslərin Fonda layihələr təqdim etmək imkanlarının olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Azər Abbasəliyev çıxışında özünün də intellektual oyunlarla məşğul olduğunu və bunun gənclərin inkişafında vacib rolunu qeyd edib, iştirakçılara uğurlar arzu edib.

Final oyununa seçim turlarında ən yaxşı nəticə göstərən Azərbaycanın 12 regionundan olan 13 komanda və Bakını təmsil edən 27 komanda vəsiqə qazanıb. Final mərhələsi çərçivəsində 40 komanda iki kubok uğrunda mübarizə aparıb. Regionlardan gələn komandaların həvəsləndirilməsi məqsədilə “Regionlar Kuboku” və Bakının ali təhsil ocaqlarından olan komandalar üçün isə oyunun əsas simvolu olan “V Ağıl Oyunları Festivalı”nın kuboku təqdim edilib.

Turnirdə Elmidar Süleymansoyun baş redaktorluğu ilə tərtib edilmiş 36 sualdan ibarət sual paketi oynanılıb. Üç turdan ibarət olan yarışın “Regionlar Kuboku”nu Şabran rayonunun “Maqnat” komandası qazanıb. “V Ağıl Oyunları Festivalı”nın kubokunu başı üzərinə qaldırmaq isə Bakı Mühəndislik Universitetinin “Prometey” komandasına nəsib olub. Qaliblər kubok, medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.

www.yenicag.az

1670
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv