!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vahid Əhmədov namizədliyini niyə geri götürdü? – Səbəblərini özü AÇIQLADI: “Onlar istəmirdilər ki...”

!Reklam – Yazi

Azərbaycanda parlament seçkilərinə 1 aya yaxın vaxt qalmasına baxmayaraq, ölkənin bir sıra müxalifət partiyaları və siyasiləri seçkilərdə iştirakla bağlı hələlik yekun qərar verməyib. Bundan əlavə, hətta namizədliyini geri götürən siyasilərlə bağlı informasiyalar artıq son günlər yerli mediada dərc olunmaqdadır.

Yenicag.az xəbər verir ki, bu şəxslərdən biri də parlamentin VI çağırış deputatı olmuş Vahid Əhmədovdur. 59 saylı Quba seçki dairəsindən seçki dairəsindən son 4 çağırış deputat seçilən Vahid Əhmədov iyulun 28-də namizədliyini geri götürüb.

Məsələ ilə bağlı sabiq deputat V. Əhmədovla əlaqə saxlayıb, onun sözügedən qərarının səbəblərini soruşduq. V. Əhmədov isə saytımıza açıqlamasında bu qərarının ailəvi səbəblərlə əlaqədar olduğunu bildirib.

“Mən namizədliyimi geri götürməyimin səbəbi ilə bağlı açıqlamışdım ki, artıq kifayət qədər yaşım var. Ailəmdə əvvəldən də böyük narazılıqlar var idi, istəmirdilər ki, seçkiyə gedim, amma camaat tələb edirdi, bölgələrdən çoxlu müraciətlər var idi. Lakin sonda ailəm etiraz etdi ki, lazım deyil, bu dəfə namizədliyimi verməyə ehtiyac yoxdur. Ümumi razılaşdıq və nəticədə namizədliyimi geri götürdüm”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, iyulun 29-da isə 2015 və 2020-ci il parlament seçkilərində həmin dairədən deputatlığa namizəd olmuş Əlabbas Məhərrəmovun deputatlığa namizədliyi qeydə alınıb. 59 saylı Quba seçki dairəsində YAP-ın namizədi isə iş adamı Əlibaba Məhərrəmzadədir.

Rafi Müslümov

COP29

www.yenicag.az

242
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv