Rusiyanın ən varlı biznesmenlərinin sərvəti cari ilin əvvəlindən 32 milyard dollar artıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index” portalı məlumat yayıb.
Bildirilir ki, sözügedən biznesmenlər arasında sərvətini ilin əvvəlindən ən çox artıran “Lukoyl” şirkətinin təsisçisi Vahid Ələkbərov olub. Belə ki, onun sərvəti 5,9 milyard dollar artaraq 21,3 milyard dollar təşkil edib. Sərvətini ən çox artıran digər biznesmen isə “Novolipetsk” Dəmir və Polad Zavodunun (NLMK) direktorlar şurasının sədri Vladimir Lisin olub. Lisinin sərvəti ilin əvvəlindən 4,98 milyard dollar artaraq 24,8 milyard dollara çatıb.
www.yenicag.az