Valideynlər bağçanın yolundan şikayətləndilər

media-hightechnic-468x90

27456İcra hakimiyyəti problemin həll olunacağını vəd edir

Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsində yerləşən 90 saylı uşaq bağçasının qarşısından yay-qış kanalizasiya gölməçəsi əskik olmur. Valideynlər bildiriblər ki, yağmurlu günlərdə bəzən yolu çətinliklə adlayıb bağçanın həyətinə daxil olurlar: «Özümüzün və övladlarımızın ayaqları çirkaba bulaşır, uşaqlar bu halda da otağa daxil olur. Belə natəmizlik başdan-ayağa infeksiya mənbəyidir. Uşaqlarımızın sağlamlığı üçün ciddi təhlükə var. Binəqədi Rayon İcra Hakimiyyətindən xahiş edirik ki, problemin həllinə bir əncam çəksin».

Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyindən bildirildi ki, problemlə bağlı aidiyyatı qurumlara müraciət olunacaq. Bundan sonra problem həllini tapacaq.

(bizimyol.info)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600