!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Valiyə Şuşa ilə bağlı hədiyyə təqdim olundu — FOTO

!Reklam – Yazi

Samsunda keçirilən İkinci Sağlamlıq Turizmi Zirvəsi çərçivəsində ölkəmizi təmsil edən Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü, Turizm Komissiyasının sədri Ruslan Quliyev, “Demokrat Media”nın rəhbəri, “Demokrat.az” xəbər portalının baş redaktoru Vasif Həsənli Samsun Valisi Orhan Tavlı ilə görüşüb.

Yenicag.az xəbər verir ki, görüş zamanı Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin əhəmiyyəti və bu əlaqələrin turizm sahəsində də davam etdiyi vurğulanıb.

Ayaqüstü söhbət zamanı Azərbaycanın bir çox şəhərləri və bələdiyyələrinin Türkiyənin şəhər və bələdiyyələri ilə, o cümlədən Samsunla Sumqayıt şəhərlərinin qardaşlaşmasından bəhs olunub.

Görüşün sonunda üzərində Azərbaycanın tarixi Şuşa qalasını əks etdirən dəyərli hədiyə Samsun Valisinə təqdim olunub.

Qeyd edək ki, Vali Orhan Tavlı Samsunda keçirilən İkinci Sağlamlıq Turizmi Zirvəsi çərçivəsində təşkik olunan sərgidə Azərbaycan stendlərini də ziyarət edib.

COP29

www.yenicag.az

142
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv