Vanna otağında piton aşkar etdi-Foto
Moskvanın şərqində yaşayan yerli sakin öz vanna otağında piton ilanı aşkar edib.
Kişi dərhal bu haqda xilasedicilərə xəbər verib.
Onların gəlişinə qədər moskvalı ilanı qazana qoyaraq qapağı kip bağlamağı bacarıb.
Şəhər sakinləri tez-tez mənzillərində ilan tapırlar. Bu yaxınlarda Moskvanın Ostankino rayonunun sakinləri öz çarpayısında sürünəni aşkar etmişdilər. Heyvanı qazanın köməyi ilə zərərsizləşdirmək mümkün olmuşdu. Bundan sonra qorxmuş insanlar xilasediciləri çağırmışdılar.
19 mayda Murmanskda baş verən hadisədə qadın xilasedicilərə bildirib ki, pitonu öz sanitariya qovşağında tapıb. Xilasedicilər gəldiyi zaman sürünən unitazın qapağında sakitcə yatırdı. İnsanlara qarşı o, təcavüzkarlıq etməyib.
Murmansk sakinləri əl altında olan predmetlərlə ilanı qutuya salıb, sonra isə baytara aparmağa qərar vermişdilər. Mənzilin tualetinə pitonun necə düşdüyü böyük tapmacadır. Ən ehtimal olunan versiya isə onun ventilyasiya ilə sürünərək gəldiyi deyilir.