Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbərinin siyasi partiya yaratmaq istədiyi iddia edilib.
Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri, iş adamı Yevgeni Priqojin böyük siyasətə gəlişinə dair məlumatlara aydınlıq gətirib.
Son həftələrdə adı Rusiya Prezidenti Vladimir Putinə ən yaxın fiqur qismində hallanan Priqojinin siyasi partiya yaratmaq niyyəti haqda xəbərlər yerli mediada geniş müzakirələrə səbəb olub.
“Vaqner” döyüşçülərinin Ukraynaya qarşı hərbi təcavüzdə iştiraklarını genişləndirməsindən sonra adı gündəmdən düşməyən Priqojinin siyasətə gəlişi və yüksək posta təyinat alacağı barədə informasiyaların geniş yayılması onu məsələyə münasibət bildirmək məcburiyyətinə gətirib.
Sahibi olduğu “Konkord” şirkətinin mətbuat xidmətinə lakonik açıqlama verən Priqojin belə bir planının olmadığını deyib:
“Mən hər hansı siyasi struktur yaratmağa hazırlaşmıram”.
www.yenicag.az