Vasif Məhərrəmli canlı yayımda əsəbiləşdi: “Şərəfsiz…”- VİDEO – Yenicag.Az

Reklam

Reklam

Xəzər Televiziyasında yayımlanan “Hər şey daxil” verilişində aparıcı Tolik mərhum xalq artisti İlhamə Quliyevanın arxasınca danışanları qınayıb.

Yenicag.az xəbər verir ki, Tolik bildirib ki, sağlığında İ.Quliyevadan qorxan, onun əlini öpən insanlar sonradan onun arxasınca danışıb:

“Kimsə yatır yuxudan durur, deyir ki, İlhamə xanımı bağışlamayacam. Elə bu dəqiqə İlhamə xanım qapının arxasında dayanıb ki, sən Allah, məni bağışla. Sağlığında onun əlindən öpənlər indi ölünün arxasınca danışır”.

Tolik verilişdə qonaq olan əməkdar artist Vasif Məhərrəmliyə səslənib:

“Vasif yadındadır, sənin tədbirində necə oxudu. Ölməmişdən üç gün əvvəl elə oxudu ki, yaddaşlarda qaldı. 50 yaşında müğənni çıxıb indi elə oxusun da”.

Verilişdə qonaq olan əməkdar artist Vasif Məhərrəmli də qəzəblənib:

“Mənim də İlhamə xanımla problemlərim olmuşdu, amma həll elədik. Ən nifrət etdiyim şey də əli daş altda olan ölünün arxasınca danışmaqdır. Bundan şərəfsiz şey ola bilməz”.

Nehru

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2366
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.