“Verilişə çağırır, tərifləyir, tərifləyir, axırda da soruşur ki, bacınız niyə tutulmuşdu?”
Yenicag.az xəbər verir ki. bu sözləri müğənni Vasif Məhərrəmli deyib.
O, bəzi aparıcılara səslənərək, onları etik çərçivələri aşmamağa çağırıb:
“Heç kimi verilişə çağırıb, tərfiləyib, axırda da zəif nöqtəsindən vurmaq olmaz. Bir dəfə efirə bir sənətkarı dəvət etmişdilər. Təriflədilər ki, siz böyük sənətkarsınız, gözəl insansınız, sonra da soruşdu ki, bacınız niyə tutulmuşdu? Aparıcılara demək istəyirəm ki, hamının problemi var, heç kim heç nədən, nə pulsuzluqdan, nə də türməyə düşməkdən sığortalanmayıb. Bütün bunlar insanın başına gələ bilər. Amma insanın özəl həyatını açıb hamıya göstərmək, zəif yerindən vurmaq lazım deyil”.
Nehru
www.yenicag.az