!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vasif Talıbov ISESCO və TÜRKSOY rəhbərləri ilə görüşdü

!Reklam – Yazi

Dekabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri və TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş ilə görüşüb.

Yenicag.az xəbər verir ki, Ali Məclisin Sədri qonaqları salamlayaraq deyib ki, Naxçıvan islam və türk dünyasının mərkəzində yerləşir.

“Qurani-Kərim”də adı çəkilən Əshabi-Kəhf Ziyarətgahı, eyni zamanda Nuh peyğəmbərin məzarı Naxçıvandadır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsini, İslam Mədəniyyətinin Paytaxtı və TÜRKSOY-un tədbirlərinin birgə keçirilməsini yüksək dəyərləndirən Ali Məclisin Sədri deyib ki, ötən dövrdə muxtar respublikada türk-islam abidələri bərpa olunub.

Ali Məclisin Sədri Naxçıvanda Türk Universitetinin yaradılması, eləcə də müxtəlif istiqamətlər üzrə əlaqələrin inkişafı sahəsində potensialın olduğunu bildirib.

Amina Əl-Həcri İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin salamlarını Ali Məclisin Sədrinə çatdıraraq deyib ki, İslam Mədəniyyətinin Paytaxtları tədbirinin əsas məqsədi tarixi-mədəni abidələrə yeni baxış, onların bərpası və tanıdılmasıdır. Zəngin tarixi-mədəni irsə malik olan Naxçıvanda bu istiqamətdə mühüm işlər görülüb. Naxçıvan şəhərinin qədim tarixi ilə yanaşı, müasir inkişafı və təmizliyi də məmnunluq doğurur.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun salamlarını Ali Məclisin Sədrinə çatdıran Fırat Purtaş qeyd edib ki, 2009-cu ildə Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşünün Naxçıvanda keçirilməsi və əməkdaşlığın inkişafı sahəsində qəbul edilmiş qərarlar bu gün uğurla reallaşdırılır. Naxçıvan bu işə öz töhfəsini verir. Bu gün Naxçıvan şəhərində yüksək səviyyədə keçirilən “Türküstandan Anadoluya irfan məktəbinin alimləri”nin 2-ci konfransı da bu tədbirlərin davamıdır. Fırat Purtaş, həmçinin vurğulayıb ki, TÜRKSOY və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında 3 illik əməkdaşlıq protokolu imzalanıb. Naxçıvan TÜRKSOY və ISESCO arasında, o cümlədən İslam Mədəniyyəti Paytaxtları ilə Türk Dünyasının Mədəniyyət Paytaxtları arasındakı əlaqələrin qurulması və inkişafı baxımından mərkəz rolunu oynayır.

Fırat Purtaş türkdilli ölkələr arasındakı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Ali Məclisin Sədrinə TÜRKSOY-un “25-ci il Xatirə Medalı”nı təqdim edib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” tədbirlərinin dünyada və ölkəmizdə böyük maraqla qarşılandığını bildirib, yaradılan şəraiti və göstərilən dəstəyi yüksək dəyərləndirib, Ali Məclisin Sədrinə xatirə rəsmi hədiyyə edib.

Ali Məclisin Sədri İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin və TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun salamlarına görə təşəkkürünü bildirib, onun da salamlarını ISESCO-nun Baş direktoru və TÜRKSOY-un Baş katibinə çatdırmağı xahiş edib.

COP29

www.yenicag.az

5417
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv