Riyadla Vaşinqton anlaşdı, Təl-Əviv təşvişdə: Yaxın Şərqdə xəritələr yenidən çəkilir?

media-hightechnic-468x90

“ABŞ və Səudiyyə Ərəbistanı arasında imzalanan nüvə anlaşması İsrail tərəfindən birmənalı qarşılanmayacaq.”

media-banner_tuq

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ağ Partiya sözçüsü, beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı bildirib.

media-whatsapp-image-2026-07-22-at-15-04-23

Şərhçi ABŞ və Səudiyyə Ərəbistanı arasında imzalanan nüvə anlaşmasını şərh edib:

“ABŞ-la Səudiyyə Ərəbistanı arasında imzalanan bu saziş regionun geosiyasi mənzərəsi baxımından kifayət qədər mühüm hadisədir. Çünki Səudiyyə Ərəbistanının İsraillə münasibətləri, eyni zamanda ABŞ-ın İsraillə strateji tərəfdaşlığı nəzərə alındıqda, bu razılaşma təkcə ikitərəfli əməkdaşlıq deyil, həm də Yaxın Şərqdə qüvvələr balansına təsir göstərə biləcək addımdır. Doğrudur, Co Bayden administrasiyası ilə müqayisədə Donald Tramp dövründə Vaşinqtonun Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşmasına əvvəlki qədər fəal yanaşmadığı müşahidə olunur. Bununla belə, regionun mövcud reallıqları dəyişməyib. İslam ölkələrinin böyük əksəriyyətinin İsraillə münasibətləri hələ də kifayət qədər həssas və mürəkkəb olaraq qalır. Bu baxımdan İslam dünyasının aparıcı dövlətlərindən biri olan Səudiyyə Ərəbistanı ilə ABŞ arasında on milyardlarla dollar dəyərində sazişin imzalanması diqqətdən kənarda qala bilməz.”

C. Abbaslı iddia edib ki, bu anlaşma İsrailin ciddi narazılığına səbəb ola bilər:

“Belə bir razılaşmanın İsraildə birmənalı qarşılanmayacağı ehtimalı da kifayət qədər yüksəkdir. Xüsusilə son dövrlər ABŞ ilə İsrail arasında bəzi məsələlər üzrə fikir ayrılıqlarının müşahidə edilməsi bu ehtimalı gücləndirir. ABŞ-ın İranla bağlı siyasətində müəyyən dəyişikliklər etməsi, hərbi əməliyyatların miqyasını azaltması və proseslərə fasilələr verməsi İsrail hökuməti tərəfindən narazılıqla qarşılanmışdı. Müxtəlif qeyri-rəsmi mənbələrdə də İsrailin Vaşinqtonu daha sərt mövqe tutmağa sövq etməyə çalışdığı barədə iddialar səsləndirilirdi.

Bütün bunların fonunda hesab etmək olar ki, ABŞ ilə aparıcı müsəlman ölkələrindən biri olan Səudiyyə Ərəbistanı arasında belə bir sazişin əldə olunması ümumilikdə İslam dünyası üçün müsbət siqnaldır. Gələcəkdə oxşar əməkdaşlıq formatlarının digər müsəlman dövlətləri ilə də qurulması regional sabitliyə və iqtisadi əlaqələrin genişlənməsinə əlavə töhfə verə bilər. İndi əsas diqqət İsrailin bu razılaşmaya verəcəyi reaksiyaya yönələcək. Saziş qüvvəyə mindikdən sonra Təl-Əvivin mövqeyinin necə formalaşacağı və bunun regional proseslərə hansı təsirləri göstərəcəyi daha aydın görünəcək.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05