Rəsmi Vaşinqton Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilmiş Rusiya-ABŞ danışıqlarını şərh edib.
Yenicag.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt danışıb.
Levitt sözügedən görüşün Ukraynadakı münaqişənin həlli istiqamətində ilk addım olduğunu vurğulayıb: “Bu, sülhə doğru, həqiqətən, möhtəşəm addımdır”.
Levitt əlavə edib ki, böhranın həlli üçün bütün tərəfləri dinləmək və onlarla ümumi dil tapmaq lazımdır.
www.yenicag.az