!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaşinqton və Brüssel GƏRGİNLİYİ ARTIR: “Bir neçə dövlətin Ukraynaya ordu göndərməsi realdır”

!Reklam – Yazi

“Ukrayna məsələsində Avropa dövlətlərinin mövqeyi həlledici olacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

O, Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın Rusiyaya yaxınlaşması fonunda Avropa dövlətlərinin Ukraynaya yardımı davam etmə qərarını şərh edib:

“Donald Trampın Rusiya ilə birbaşa danışıqlar aparması Avropa İttifaqı və Ukraynanı prosesdən kənar saxlaması hər iki tərəfi narazı salır. Mövqelərində də haqlıdırlar, çünki artıq ABŞ silah tədarükünü Ukraynaya zəiflədib bu da Rusiyanın lehinə işləyir. Həmçinin Trampın da Rusiya lehinə atdığı addımlar Kiyevdə, Brüsseldə suallar doğurub. Bu da növbəti mərhələdə Rusiyanın qalib gəlməsinə, Avropanın təhlükəsizlik arxitekturasının tamamilə pozulmasına gətirib çıxara bilər və bu amil Avropanı təhdid edir”.

M. Əsədullazadə düşünür ki, vəziyyət Ukrayna üçün kritik olsa, bir neçə dövlətin Ukraynaya ordu göndərməsi də realdır:

“Böyük Britaniya, Fransanın Ukraynaya qoşun göndərməsini istisna etmirəm. Artıq Avropa İttifaqı ilə ABŞ arasında dərin ziddiyyətlər formalaşıb və demək olar ki, Ukrayna məsələsində fikir ayrılıqları mövcuddur. Bu da Amerikanın Rusiya ilə bazarlığa getməsinə gətirib çıxaracaq və Rusiyanın müəyyən dərəcədə qalib olmasını təmin edə bilər. Ona görə də Avropa dövlətləri daha da sıx birləşib. Avropa İttifaqının mövqeyi Ukrayna məsələsində həlledici olacaq. Ukrayna və Rusiya arasında isə atəşkəs və ya sülh razılaşması real görünmür. Hər hansı bir atəşkəs və ya sülh razılaşması mümkün deyil. ABŞ geri çəkilsə, Avropa dövlətləri Ukraynaya ordu göndərib prosesləri öz lehinə dəyişə bilərlər”.

Yenicag.az

www.yenicag.az

95
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv