“İndi yenə mənasız və dəyəri olmayan sənəd ortaya qoymaları münasibətlərin korlanmasından başqa heç nəyə yaramayacaq”.
Bunu Yenicag.az-a açıqlamasında son günlər gərginləşən Azərbaycan-ABŞ münasibətlərinin necə tənzimlənəcəyindən danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib. Onun sözlərinə görə, təbii olaraq bütün məsələlərin geri dönüş yolu mövcuddur.
“ABŞ açıq-aşkar erməni mövqeyindən çıxış edib onun mənafeyini güdür. Azərbaycana qarşı isə düşmənçilik münasibəti bəsləyir. Senatorlar və deputatların məsuliyyətsizliyi münasibətləri daha da zədələyir. ABŞ-dən asılı olaraq, bu gərgin yolun geri dönüşü var. Biz heç vaxt səbəbsiz yerə hansısa ölkə ilə münasibətlərin zədələnməsinə rəvac verməmişik”, – deyə o qeyd edib.
F.Mustafa əlavə edib ki, Bakıya qarşı qeyri-dost addımları da məhz Vaşinqton atıb. Bu səbəbdən müsbət istiqamətə irəliləmək üçün geri çəkilmələri vacibdir. 907-ci düzəlişdə də eyni addımı atdılar. Nəticədə erməniləri də öz vədləri ilə bədbəxt etdilər. İndi yenə mənasız və dəyəri olmayan sənəd ortaya qoymaları münasibətlərin korlanmasından başqa heç nəyə yaramayacaq”, – deyə deputat bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az