“Damla mənə kənardan söz göndərdi ki, ona deyin, sənətə çox pul xərcləməsin”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova “Dəyişən cavab” verilişində deyib.
Sənətçi hələ populyar olmadığı zamanlarda sənət dostlarının ona güvənmədiklərini, bu yolda irəliləyəcəyinə şübhə ilə yanaşdıqlarını bildirib:
“Damla mənə kənardan söz göndərdi ki, ona deyin, sənətə çox pul xərcləməsin. Əslində, pis fikirlə deməmişdi bu sözləri, yaxşı niyyətlə demişdi. O zaman onun prodüseri Şamil mənimlə çalışırdı. Elə Şamillə xəbər göndərmişdi. Şamil mənə dedi ki, Vəfa, Damla belə bir söz göndərib sənə. Damla xanımın bu sözlərini hörmətlə qarşılayıram. Amma mən özüm hara qədər gedəcəyimi də gözəl bilirdim. Çünki özümdən arxayın idim”.
Nehru
www.yenicag.az