Verdiyi müsahibə onu işindən etdi

media-hightechnic-468x90

İngiltərə Baş nazirinin müavini Angela Rayner vergidən yayınma qalmaqalına görə istefa verib.

Yenicag.az xəbər verir ki, siyasətçi bu barədə Böyük Britaniyanın Baş naziri Keir Starmerə məktubunda bildirib.

Maraqlısı budur ki,  45 yaşlı siyasətçi “Sky News”a müsahibəsində İngiltərənin cənubundakı kurort şəhəri Hove-da mənzil alarkən möhür rüsumunu ödəmədiyini etiraf edib. O, bunu istəmədən etdiyini deyib və ona yanlış məsləhət verən vəkilləri günahlandırıb.

Vergidən yayınma ilə bağlı vəziyyət mətbuatda  əsas mövzuya çevrilib.  Bunun fonunda Baş nazirin etika üzrə müşaviri Laurie Magnus Raynerin işini araşdırıb. Bir müddət sonra  Magnus, Raynerin “möhür rüsumunun düzgün dərəcəsini ödəməməsi ilə” nazirliyin davranış kodeksini pozduğunu vurğulayıb.

Bundan əlavə, Rayner Böyük Britaniyanın Mənzil, Regional İnkişaf və Yerli İdarəetmə naziri və hakim Leyboristlər Partiyasının sədr müavini vəzifəsini tərk edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa