!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətəndaş sığortalıdır, lakin xəstələnəndə müalicə xərci qarşılanmır - ŞİKAYƏT

!Reklam – Yazi

“Mən sığortalı ola-ola həkimin, dərmanın pulunu özüm ödəyəcəmsə, bizdə sığorta nəyə gərəkdir?!”.

Yenicag.az xəbər verir ki, bu sözləri “A-Qrup sığorta” şirkətinin hər ay yoldaşının maaşından sığorta məbləği çıxsa da, xidmətdən düzgün şəkildə yararlana bilməmisəndən narazılıq edən Aygül Əkbərova deyib.

O bildirib ki, övladının səhhəti ilə bağlı sözügedən şirkətin sığorta xidmətindən yararlanmaq istəsə də, ondan əlavə ödəniş tələb olunur:

“Yoldaşımın işlədiyi şirkət “A-Qrup sığorta” şirkəti ilə çalışır. Bizdə ailə sığortasıdır. Qızımda 1-ci dərəcəli skolioz aşkarlanıb. Həkimimiz buna görə ilk seans üçün məşqçinin nəzarəti altında klinikada 15 gün idman, 5 gün isə masaj yazıb. İlk seans bitib, növbəti seans üçün 20 gün təkrar idman yazılıb. Bu gün uşağı aparmışam və qeydiyyat şöbəsindəki əməkdaş deyir ki, sığorta sizə rədd cavabı verib. Səbəbini soruşanda isə limitin bitdiyi bildirildi. Limit 15 gün idman, 15 gün də masaj imiş. Sığorta şirkətinin nümayəndəsi ilə danışdım. Mənə deyir ki, pulu özünüz ödəyərək davam edə bilərsiniz. Halbuki bizə sığorta kartı təqdim edilib, içində də çox böyük miqdarda vəsait var.

Biz heç ailəlikcə il ərzində onun, bəlkə, bir faizini istifadə etmirik, heç qismət də olmasın, amma hamı xəstələnə bilir. Hər ay öz pullarını maaşdan çıxa bilirlər, onda limit yadlarına düşmür. Bir çox xəstəliyə görə müayinəni, bir çox dərmanı da qarşılamırlar. Bəs o zaman sığorta üçün maaşdan çıxılan pullar hara gedir? Mən sığortalı ola-ola həkimin, dərmanın pulunu özüm ödəyəcəmsə, bizdə sığorta nəyə gərəkdir?!”.

Gülşən Şərif

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv