Vətəndaşlara ödənilən ƏDV-nin miqdarı açıqlandı

media-hightechnic-468x90

Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sonuna qədər istehlakçılara ümumilikdə 361,5 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bunun 190 milyon manatdan çox hissəsi 2022-ci ilin payına düşüb ki, bu da 2021-ci illə müqüayisədə 36,9% çoxdur.

Ötən il nağdsız qaydada alınmış mallara və yaxud əldə edilmiş xidmətlərə görə istehlakçılara 64,3 milyon manatdan çox ƏDV geri qaytarılıb ki, bu da əvvəlki illə müqayisədə 77,5% çoxdur.

Xatırladaq ki, Vergi Məcəlləsində edilmiş son dəyişikliklərə əsasən, nağdsız ödənişlərə keçidin daha da stimullaşdırılması məqsədilə nağdsız ödənişlər üzrə geri qaytarılan ƏDV məbləğinin faiz dərəcəsi 15 %-dən 17,5 %-ə qədər artırılıb.

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində də işlər davam etdirilir. Hazırda ölkə üzrə tətbiq olunan onlayn NKA-ların sayı 85 mindən çoxdur. 2022-ci il ərzində yeni nəsil kassalar vasitəsilə qeydə alınan dövriyyə 19,5 milyard manatdan artıq olub ki, bu da 2021-ci illə müqayisədə 26,6 % çoxdur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05