“Yeni Klinika”da vaksinasiya məntəqəsi fəaliyyətə başlayacaq.
Yenicag.az xəbər verir ki, əhali arasında “COVID-19” əleyhinə vaksinlərə tələbatın artması nəzərə alınaraq vaksinasiya məntəqələrinin sayı artırılıb. Xidmətin əlçatanlığını təmin etmək məqsədilə 15 iyul 2021-ci il tarixindən “Yeni Klinika” tibb müəssisəsində “CoronaVac” və “Biontech/Pfizer” peyvəndlərinin vurulmasına başlanacaq.
Peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərəcək. Vaksinlərin tətbiqi canlı növbə əsasında həyata keçiriləcək.
Ünvan: Yeni klinika (Heydər Əliyev pr.142, Bakı)
www.yenicag.az