Vəzifəli biznesmen deputatların “mandat”la imtahanı…   

media-hightechnic-468x90

1390947391_deputatlarAsim Mollazadə: “Azərbaycan parlamentinin fəaliyyəti tam olaraq ölkənin qanunvericiliyinə uyğun olmalıdır”

İqbal Ağazadə: “Parlament üzvünün eyni zamanda, kənarda vəzifə tutmaması daha gözəl olardı…”

 Hazırda Milli Məclis deputatları arasında elə şəxslər var ki, həm də müxtəlif vəzifə daşıyıcılarıdır. Onlardan 9 nəfəri millət vəkili olmaqla bahəm, həm də müxtəlif universitetlərdə rektor vəzifəsini icra edirlər. Bundan başqa Rövnəq Abdullayev həm də ARDNŞ-ın rəhbəridir.

Lənkəranın deputatı Rüfət Quliyev “European Tobacco Baku” ASC-nin İdarə Heyətinin sədridir. “European Tobacco Baku” ASC ölkəmizdə tütün məmulatlarının istehsalını yerinə yetirir. “European Tobacco”nun potensial gücü Azərbaycanda siqaretə tələbatın 80-85 faizini qarşılamağa imkan verir.

Deputat Cavanşir Feyziyev “AVROMED” şirkətinin təsisçisidir. Hazırda “Avromed” dərman bazarını nəzarət edən şirkətlərdən biridir.

Əhməd Vəliyev deputat olması ilə yanaşı “Odlar Yurdu” Universitetinin rektorudur, eyni zamanda “Muğanbank”, “Jalə Plaza”, “Oksigen” klinikasının da sahibidir.

Milli Məclisin digər üzvü Xanlar Fətiyev deputat olmaqla yanaşı Gəncə Avtomobil Zavodunun direktorudur.

Deputat Malik Həsənov qardaşı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova məxsus “Azinko” şirkətini idarə edir.

Millət vəkili Ərəstun Cavadov Mərkəzi Univermağın İdarə Heyətinin sədridir.

Bakı Dövlət Universitetinin (BDU) rektoru, deputat Abel Məhərrəmovun adı da bizneslə məşğul olan parlamentarilər sırasındadır. Qeyri-rəsmi məlumatlara görə, Bakıda fəaliyyət göstərən məşhur “Mona Liza” şadlıq sarayınınrektor-deputata məxsusdur.

Lerikli deputat İqbal Məmmədov da “Kaspi Yıldız” şirkətinin təsisçisidir.

Salyandan seçilən deputat, ehtiyyatda olan general-leytenant Əliağa Hüseynov biznesi olan deputatlardandır. Paytaxtın Həsən bəy Zərdabi prospekti 20-də, metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən “Atlantis” şadlıq sarayı və “Adanalı Hasan Kolcuoğlu” restoranın ona məxsus olduğu bildirilir. Deputat bundan əlavə Salyanda ferması da mövcuddur.

Bahalaşmanı fürsət bilərək, unun qiymətini qaldırması xəbəri ilə gündəmə gələn deputat Əsabil Qasımov 2010-cu ildə millət vəkili seçilənə qədər “Karat” MMC şirkətinin prezidenti olub.

Bundan başqa Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Fərhad Qəribov və digərləri də həm vəzifə sahibidirlər, həm biznesmen, həm də deputat.

Halbuki, hansılsa bir vəzifə daşıyan insanlar parlamentə seçiləndən sonra, ya mandatı, ya da digərlərini seçməyə borcludurlar. Qarşıdan növbəti parlament seçkiləri gəlir. Bu mənada növbəti parlamentin həm deputat, həm də məmur vəzifəsi daşıyan insanlardan ibarət olmaması, bu əsasda mandat alanların ikisindən birini seçməsi daha yaxşı olmazdımı?

Millət vəkili Asim Mollazadə Yenicag.az-a açıqlamasında prosesin qanunvericilik əsasında həyata keçməsini məqbul saydı: “Azərbaycan parlamentinin fəaliyyəti tam olaraq ölkənin qanunvericiliyinə uyğun olmalıdır. Azərbaycan qanunvericiliyi deputatların hansı sahədə işləmək hüququnu müəyyənləşdirirsə, proses buna da tam uyğun şəkildə aparılmalıdır”.

Millət vəkili İqbal Ağazadə isə qeyd etdi ki, parlament üzvü başqa yerdə vəzifə tutmasa yaxşıdır, amma bunun olması da problem sayılmamalıdır: “Universitetlərdə rektor vəzifəsi daşımaq bilavasitə icra strukturu sayılmır. Bu səbəbdən universitet rektorlarının da millət vəkili olaraq parlamentdə təmsilçiliyi ciddi problem yaratmır. Onlar rektor olaraq oradan maaş da almırlar. Əlbəttə, olmasa daha gözəl olar, amma olması da bu gün üçün parlamentin problemi deyil. Gələcək üçün problem ola bilər, amma bu gün üçün həmin məsələ problem deyil. Parlamentin problemi daha ciddidir. Bu problem siyasi institutların daha çox təmsil olunması, azad və demokratik seçkilərin keçirilməsi, fraksiyaların mövcudluğu və s. ibarətdir”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600