Vilayət Eyvazov məşhur DYP rəisini işdən azad etdi

media-hightechnic-468x90

Bakının tanınmış DYP rəisi işdən çıxarılıb.

Yenicag.az Lent.az-a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Xətai rayon Dövlət Yol Polisi İdarəsinin (DYP) rəisi, polis polkovnik-leytenantı Cavanşir Ələkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, C.Ələkbərov Bakının tanınmış DYP rəislərindən biridir. Onun adı mətbuatda bir sıra qalmaqallarda hallanıb.

Xatırladaq ki, sonuncu dəfə isə mediada onun rüşvət alması ilə bağlı səs yazıları yayılıb.

O zaman C.Ələkbərovla bağlı səs yazısını yayan şəxs həbs edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600