Reklam

Reklam

47373_f9q3unqw9z“Bakı-2015” birinci Avropa Oyunlarında çimərlik voleybolu yarışlarına start verilib.

Yenicag.az-ın Azərtac-a istinadən xəbərinə görə, Avropa Oyunları Parkında təşkil olunan yarışda Azərbaycanın iki qadın cütlüyü mübarizə aparacaq. Belə ki, Yuliya Kərimova/Raquel Ferreira Polşanı təmsil edən Katarjina Koçiolek/Dorota Strag cütünə, Vivian Cunha/Zinaida Lyubimova isə danimarkalı Yeva Bang/Sisilie Olsen duetinə qarşı yarışacaq.

Avropa Oyunları Parkında təşkil olunan qadınlar arasında çimərlik voleybolu yarışlarında Azərbaycan cütlüyü Yuliya Kərimova/Raquel Ferreira ilk qələbəsini qazanıb. Cütlüyümüz Polşanı təmsil edən Katarjina Koçiolek/Dorota Strag duetindən üstün olub – 2:0.

Çexiyalı voleybolçular Eliska Qalova/Karolina Rehaçkova ukraynalı Darya Udavenko/Yelizaveta Sulimaya, niderlandlı cütlük Sofie van Qastel/Cantine van der Vlist Bolqarıstan təmsilçiləri Svetla Angelova/İrena Mişonova, finlandiyalı Erika Nistrom/Emilla Nistrom isə yunanıstanlı Pigi Anna Metheniti/Panagiota Karagkouniyə 2:0 hesabı ilə qalib gəliblər.
İtaliyalı cütlük Julia Momoli/Daniela Qioria Belarus voleybolçuları Viktoriya Şalayeuşkaya/Viktoriya Siakretava duetini 2:1 hesabla məğlub edib.

Azərbaycanı təmsil edən digər cütlük Vivian Cunha/Zinaida Lyubimova yarışda ilk qələbəsini qazanıb. Belə ki, voleybolçularımız danimarkalı Yeva Bang/Sisilie Olsen duetindən üstün olublar – 2:0

 

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 39
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.