!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Wells Fargo” 3,7 milyard dollar cərimələndi

!Reklam – Yazi

Bank müştərilərinə milyardlarla dollar maddi ziyan vurmaqda ittiham olunur.

Yenicag.az “Anadolu” Agentliyinə istinadən bildirir ki, bununla bağlı İstehlakçıların Maliyyə Müdafiəsi Bürosu açıqlama yayıb.

Açıqlamaya görə, ABŞ-nin ən böyük banklarından biri olan “Wells Fargo” avtomobil, ipoteka və depozit hesablarını düzgün idarə etməməkdə ittiham olunur. Belə ki, 16 milyondan çox istehlakçının hesablarına təsir edən qeyri-qanuni fəaliyyətlə yanaşı, bank dəfələrlə kredit ödənişlərini səhv tətbiq edib. Bundan başqa, evlərə və qanunsuz olaraq müsadirə edilən nəqliyyat vasitələrinə ədalətsiz girov qoyub, rüsum və faizləri səhv hesablayıb, qəfil depozit haqları alıb. Nəticədə bankın qanunsuz əməlləri müştərilərinə milyardlarla dollar maddi ziyan vurub, minlərlə müştərinin avtomobilinin və evinin itirilməsinə səbəb olub.

Bank istehlakçılara 2 milyard dollardan çox təzminat və qanun pozuntularına görə 1,7 milyard dollar cərimə ödəyəcək.

Gülşən

www.yenicag.az

391
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv