!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“WhatsApp” bağlandı!

!Reklam – Yazi

vatsapp_2487667Braziliyanın San-Bernardu du Kampu şəhərinin məhkəməsi ölkə vətəndaşlarının WhatsApp messencerinə girişinin 48 saat ərzində dayandırılması barədə hökm verib.

Hökm bu gün qüvvəyə minib. Məhkəmənn qərarı WhatsApp-ın bir cinayətlə bağlı məlumatları istintaqa təqdim etməkdən boyun qaçırmasıdır. WhatsApp-dan məhkəməyə şikayət etmiş iddiaçının kimliyi açıqlanmır.

WhatsApp-a girişin dayandırılması tələbi Braziliyadakı bütün mobil rabitə şirkətləri və internet provayderlərinə göndərilib.

Ölkənin telekommunikasiya şirkətləri Assosiyası “Telebrasil”in nümayəndəsinin dediyinə görə, məhkəmənin qərarı onların nüfuzuna ciddi zərbə vuracaq: “Müştərilərə xəbərdarlıq üçün vaxt verməyiblər. Onlar da şirkətlərin işində problemlərin olduğunu düşünəcəklər”.

Braziliyadakı telekommunikasiya şirkətləri WhatsApp-ın tam yasaqlanmasında maraqlıdırdar. Bu ölkədə mobil rabitənin tarifləri dünyada ən yüksək səviyyələrdən birində olduğundan WhatsApp çox populyardır.

WhatsApp-ın banisi Yan Koum məhkəmənin qərarına təəssüfləndiyini bildirib: “Braziliyanın dünyadan özünü təcrid etməsi məni kədərləndirir”.

WhatsApp-a giriş Braziliyada yasaqlanan kimi Telegram-ın populyarlığı artıb. Səhər saatlarından etibarən Telegram-da artıq 4 milyon braziliyalı qeydiyyatdan keçib.
Braziliyada mobil rabitə abonentlərinin 93 faizi WhatsApp-dan istifadə edir.
WhatsApp-ı satın almış Facebook-un sahibi və rəhbəri Mark Zukerberq Braziliya məhkəməsinin qərarından çox narazıdır.
O, Facebook-dakı profilində yazıb: “Bu gün Braziliya məhkəməsi ölkədə 100 milyon insanın istifadə etdiyi WhatsApp-a girişin bağlanması barədə qərar qəbul edib. Bu yasağın aradan qaldırılması üçün bütün işləri görürük. Problem həllini tapana qədər Facebook Messenger-dən istifadə edə bilərsiniz. Braziliya üçün kədərli gündür. Ümumiyyətlə, Braziliya açıq internet məsələsində bizə tərəfdaş və müttəfiq olmaq istəmir.

İnsanların konfidensial bilgilərini müdafiə etmək cəhdlərimizin bir hakimin Braziliyada WhatsApp-dan istifadə edən hər kəsi cəzalandırmağa yönəlmiş qərar qəbul etməsi ilə nəticələnməsi məni şoka salıb. Ümid edirəm ki, Braziliya məhkəməsi qərarını dəyişəcək. Əgər siz braziliyalısınızsa, səssiz qalmayın, bu yasağın ləğvinə çalışın”.(milli)

www.yenicag.az

829
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv