WhatsApp-da yeni fırıldaq – Diqqətli olun!

media-hightechnic-468x90

WhatsApp-plWhatsApp-da yeni fırıldaq növü ortaya çıxıb.

AzVision.az xəbər verir ki, frıldaqçılar istifadəçilərə videozəngləri aktivləşdirmək təklifi göndərirlər. Kim razılaşsa, ona yeni şərt qoyulur: həmin linki 10 nəfərə göndərmək.

Bu spam 10 nəfərə göndəriləndən sonra virus proqram WhatsApp-ı yeniləməyi təklif edir. Lakin buna razılıq düyməsini basan kimi istifadəçi bahalı SMS-xidmətlərə abunə olur.

Eset antivurus şirkəti bildirib ki, bu fırıldaqçılıq hazırda Amerikada geniş yayılıb və Avropaya keçir. Yaxın günlərdə onun MDB məkanına çatacağı da istisna deyil.

Qeyd edək ki, WhatsApp-da videozəng funksiyası hələ ancaq test edilir. Onun nə zaman işə salınacağı bəlli deyil.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa