“Telegram” Sosial Şəbəkəsinin qurucusu Pavel Durov “WhatsApp” ilə bağlı sensasiya doğuran ifadələr işlədib. Yenicag.az xəbər verir ki, Durov bu sosial şəbəkəyə qarşı ciddi ittihamlar irəli sürüb.
““WhatsApp” mesajlarınızı qorumur, bu tətbiq şəkil və mesajlarınızı izləmək üçün “Troya atı”dır” deyə “Telegram”ın qurucusu problemin “Facebook”un siyasətindən qaynaqlandığını da sözlərinə əlavə edib.
Durov təhlükəsizlik baxımından bu tətbiqin telefonlardan silinməsinin vacib olduğunu da bildirib.
Qeyd edək ki, Rusiyanın ən populyar sosial mesajlaşma şəbəkəsi olan “Telegram”ın 200 milyon üzvü var. Bu 1.6 milyard istifadəçiyə sahib olan “WhatsApp” ilə müqayisədə çox kiçik rəqəmdir. Ancaq “WhatsApp”ın təhlükəsizlik xətaları prestijinə kölgə salmaqdadır. Buna qarşılıq olaraq, “Telegram”ın Rusiya xüsusi xidmət orqanlarına boyun əyməməsinə dair şaiyələr onu daha da populyarlaşdırmaqdadır.
www.yenicag.az