25 mayda müzakirəyə çıxarılacaq qanun layihəsinə əsasən 16 yaşından kiçik olanlar “WhatsApp” sosial şəbəkəsindən istifadə edə bilməyəcək.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, qanun layihəsində verilənlərin (data) gizliliyi prinsipinə düzəlişlərin edilməsi nəzərdə tutulub. Qəbul ediləcəyi təqdirdə bütün Avropada tətbiq olunacaq qərar “WhatsApp” istifadəçilərinə təsirsiz ötüşməyəcək. Mesajların və digər məxfi məlumatların “WhatsApp” tərəfindən saxlanılması üçün yetkinlik yaşına çatmış hər bir istifadəçinin razılığı tələb olunacaq.
www.yenicag.az