Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“World Press Photo”: Qaliblər və finalçılar

“World Press Photo 2017” fotomüsabiqənin qaliblərinin adı açıqlanıb. Bu il münsiflər heyəti müsabiqəyə təqdim edilmiş 80 min şəkili nəzərdən keçirməli olub.

Yeniçağ.Az “Oxu.Az”a istinadən müxtəlif kateqoriyalarda qalib olan şəkilləri təqdim edir.

“World Press Photo” müsabiqəsi 1955-ci ildən keçirilir. Bu il münsiflər səkkiz kateqoriya üzrə 25 ölkədən 45 fotoqrafı seçib.

1. 2016-cı ilin dekabr ayının 19-da “Associated Press” agentliyi ilə əməkdaşlıq edən fotoqraf Burhan Özbilici, Ankarada keçirilən sərginin açılışına dəvət edilmişdi, həmin sərgidə Rusiyanın səfiri də iştirak edirdi. Şəkildə səfiri öldürən türk polisi Mövlud Mərd Altıntaşı görürsünüz. Özbilici həmçinin “Türkiyədə siyasi qətl” adlı fotolar silsiləsində də ən yaxşı müxbir şəklinə görə mükafat alıb.

2. “New York Times” qəzetinin fotoqrafı Deniel Berexulak “Ümumi xəbərlər” kateqoriyasında “Bizi heyvan kimi qırırlar” adlı foto üçün birinci mükafatı alıb. Fotoda Filippində Manildə polis bölməsində məhbuslar təsvir edilib.

3. “Le Monde” qəzetində bu fotonu yerləşdirən Loran Van der Stokt “Ümumi xəbərlər” kateqoriyasında mükafat alıb. Şəkildə 2016-cı ildə noyabrın 2-də Mosulda İraq təhlükəsizlik qüvvələri tərəfindən axtarış səhnəsi təsvir edilib.

4. “New York Times” qəzetində bu fotonu yerləşdirən Sergey Ponomarev “Ümumi xəbərlər” kateqoriyasında ikinci mükafatı alıb. Döyüşlərin getdiyi Mosul şəhərindən qaçan iraqlı ailə.

5. Valeri Melnikov uzunmüddətli layihələr kateqoriyasında “Ukraynanın qara günləri” adlı şəkil üçün ikinci mükafatı alıb. Luqanskda ər və arvad yanan evdən qaçırlar.

6. Həmin kateqoriyada ikinci mükafat “İran səyahəti” adlı şəkilə görə, Hüsseyn Fatemiyə çatıb. Onun diqqət obyekti çox zaman gündəlik həyatın gözə çarpmayan tərəfləri olur. Şəkildə iki gənc qadın rəqs edir.

7. Amerikalı fotoqraf Ember Breken “Müasir problemlər” kateqoriyasında Şimali Dakota ştatında hinduların məskənində yeni neft kəmərinin inşasına qarşı etiraz çıxışlarının silsilə şəkillərinə görə alıb. Şəkildə Kennon-Boll şəhəri yaxınlığında 1806 yolunda etiraz akasiyası zamanı gözyaşardıcı qazdan zərərçəkənə ilk tibbi yardım göstərilir.

8. Yamaykalı idmançı Useyn Bolt 2016-cı ildə Rioda keçirilən Olimpiya Oyunlarının yarımfinalında 100 metrlik məsafəyə qaçış zamanı rəqiblərinə gülümsəyərək baxır. Kai Oliver Pfaffebaxın bu şəkli “İdman” kateqoriyasında üçüncü yeri tutub.

9. Frensiz Perez 2016-cı ilin iyun ayının 8-də çəkdiyi bu şəkil ilə “Təbiət” kateqoriyasında qalib gəlib. Şəkildə Tenerife adasının sahilində balıq toruna ilişmiş dəniz tısbağası təsvir edilib.

10. “National Geographic” jurnalının fotoqrafı Brent Stirton “Təbiət” kateqoriyasında (oçerklər) “Kərgədanlar” silsiləsinə görə birinci mükafatı alıb. Mozambikdə Kruger qoruğunun sərhədi yaxınlığında saxlanılmış 19 və 28 yaşlı iki brakonyer yerli həbsxanaya qeydiyyata düşməyi gözləyirlər.

11. Həmin kateqoriyada ikinci mükafat “Vəhşiləşən pandalar” silsiləsinə görə “National Geographic” jurnalından Emi Vitaleyə verilib. Şəkildə Çinin cənubunda Volonq qoruğunda olan 16 yaşlı panda Ye-Yedir.

12. Rusiyada pravoslav rahib olmaq üçün dini xadim əvvəlcə evlənməli və ya nikahdan tövbə etməlidir. Şəkildə Vladimir və Viktoriyanın toyu əks olunub. Şəkilin müəllifi “Gündəlik həyat” kateqoriyasında (oçerklər) üçüncü mükafatı almış Françesko Komellodur.

13. Fidel Kastro ilə vidalaşan kubalı tələbələr yük maşını ilə evə gedirlər. Tomas Munita “Gündəlik həyat” (oçerklər) kateqoriyasında qalib olub.

14. Olqa və Adelina Li Xi bacıları – Koreya əsilli Kuba sakinləri. Maykl Vins Kim onlar haqqında silsilə şəkillər çəkib. Bununla da “İnsanlar” kateqoriyasında (oçerklər) birinci mükafatı alıb. Onların babası İm Çen Tek Kubada Koreya icmasının təsisçilərindən biridir.

Bu və digər fotolar 2017-ci ilin aprel ayının 20-də Amsterdamda açılacaq səyyar sərgidə nümayiş ediləcək.

Yeniçağ.Az

www.yenicag.az

481