Xaç yürüşləri zamanı müsəlmanları dəhşətə gətirən nə idi? – Araşdırma

media-hightechnic-468x90

İslam dünyasının dünya elminə möhtəşəm töhfələri 11Qaranlıq otaq və gözün möcüzəvi rolu

 

Dünyada ilk dəfə işığın gözün içinə yansıyıb qırılması nəticəsində insanın dünyanı görməsini açıqlayan XX yüzillikdə yaşamış müsəlman alim İbn Heysəmdir. Gözün möcüzəvi rolunu ilk dəfə məhz İbn Heysəm açıqlamışdır.

Müasir dövrümüzdə kameraların yaranması məhz bu kəşfin sayəsində mümkün olmuşdur.

 

Şahmat

 

E.ə. 2000-ci illərdə Misirdə şahmat oynanılması barədə müxtəlif mənbələrdə rast gəlinir. Daha sonra 6-cı yüzillikdə Hindistanda şahmatın kəşf edilməsi hər kəsə bəllidir. Lakin şahmatın indiki forması məhz İranda yaranıb. 10-cu əsrdə isə oradan da bütün Orta Asiya, Uzaq Şərq daha sonra isə Əməvilər vasitəsilə ispanlara gedib çatmışdır.

 

Uçmaq

Tarixi qaynaqlarla bildirilir ki, Əndəlüslü Abbas Qasım ibn Firnas adlı şəxs uşuş aparatına bənzər cihaz icad edir. Belə ki o, üzərinə qumaş parça ataraq quşun qanadlarından bərkidilmiş alət vasitəsilə bir müddət havada qala bilib. Daha sonra isə süzərək astaca yerə enib.

 

Sabun

 

Xaç yürüşləri zamanı müsəlmanları dəhşətə gətirən şey xristianların  döyüşkənliyi deyil, onların olduqca iyrənc olmaları idi. Çünki xristiyanlar günlərlə hətta aylarla yuyunmurdular. Vanna qəbul etmək avropalılara yad anlayış idi.

Qədim Misirdə sabun olsa da, bugün məişətdə istifadə etdiyimiz sabunu məhz ərəblər kəşf ediblər.  Hətta şampun da İslam dünyasının icadıdır. İngiltərə şampunla yalnız 1759-cu ildə tanış olacaqdı…

 

Qatılaşma, duzlaşma və kristallaşma

İbn Həyyan adlı ərəb alimi ilk dəfə kimyada (əlkimyada) eksperimental metodları tətbiq etmiş və müasir kimya elmində indi də geniş şəkildə istifadə olunan bir sıra mühüm kimyəvi proseslərı kəşf etmişdir. Bunlardan xlorid və nitrat turşularının sintezini, kimyəvi məhlulların distillə edilməsi və kristallizasiya kimi kimyəvi prosesləri misal göstərmək olar.

 

Mil sistemi

Düzxətli hərəkəti çevik hərəkətlə əvəzləyən mil sistemi də ilk dəfə İslam dünyasının mütəfəkkir alimi Əl Cizri tərəfindən təkmilləşdirilərək mekaniki qurğuların icadına təkan vermişdir. Deyilənə görə hətta məşhur rəssam Leonarda Da Vinçi  ərəb alimindən ilhamlanaraq məlum böyük əsərlər yaradıb.

 

Qəhvə

 

Qəhvə ağacının ilk dəfə tapıldığı yer Həbəşistan bölgəsinin Kaffa adlanan hissəsi olub. Ərəb dilində “qahwah” adlandırılan kofe ilk dövrlərdə bihu.edici içki kimi  qəbul olunurdu.  İndiki anlamını isə yalnız 14 əsrdən sonra qazandı. Türklər vasitəsi ilə də bütün dünyaya yayılaraq və “kofe”, “coffe” və s. adlalarla tanınır. İngiltərədə ilk qəhvəxananı da 1652 ildə  Pasqua Rosée (Təxmini adı Paşa Rza) adlı türk açmışdır.

 

Qübbə və kəmər

 

Qübbə və kəmər formalı tikililər də İslam memarlığının incilərindəndir. Qeyd edək ki, İngiltərə kralı V Henrinin sarayının memarı da müsəlman biri olub.

 

Cərrahiyyə alətləri

 

Dünyada ilk cərrahiyyə alətlərini hazırlayan Əməvilərdən olan Əl Zəhravidir. Bu gün tibb elmində istifadə edilən cərrah bıçaqları, mişarlar, müxtəlif cərrahi əməliyyatlar üçün nəzərdə tutalan avadanlıqların hamısının ilk formasını Əl Zəhravi ərsəyə gətirmişdir.

 

Yel Dəyirmanı

İlk yel dəyirmanlarına 664-cü ildə İran-Əfqanıstan sərhəddində rastlanıb. Sonralar Çində istifadə edilib. Lakin Avropa qitəsi hələ 12-ci ərsdə bu dəyirmanla tanış olur.

 

Peyvənd

 

İlk peyvənd Yaxın Şərqdə edilib desək, yanılmarıq. Hələ İngiltərədə istifadə edilməzdən 50 il öncə Osmanlıda suçiçəyi tutan uşaqlar peyvənd edilirdi.

 

Alqoritm və Triqonometriya

Alqoritm ifadəsini ilk dəfə elmə gətirən Əl Xarəzmi olmuşdur. Xarəzmi Türkmənistanın Xivə bölgəsindən idi. Cəbr elminin inkişafında danılmaz və böyük rolu olub.

Günəş ilinin hesablanması

 Ərəb alimi Bəttanini dünyada məşhur edən tapıntı onun günəş ilini 365 gün, 5 saat, 46 dəqiqə və 24 saniyə olaraq ölçməsidir.

Dünyanın fırlanması

Dünyanın günəş ətarfında fırlanması barədə mülahizələr  məhz ərəb-müsəlman alimi Əl-Biruniyə məxsusdur.  Biruni Amerika qitəsinin varlığını Kristofor Kolumbdan 500 il öncə sübut etmişdir.

Qabarma-çəkilmə

İslam dünyasının görkəmli alimlərindən olan Əbu Meşhar bu barədə özünün “Kitab’ül Medhal ile tlm-i Ahkâm ün Nücum” kitabında ətraflı qeyd edir.

O deyir ki, hər 12 saat 52 dəqiqədən bir dünya sularında qabarma çəkilmə prosesi gedir. Hər gün ötən günə nisbətən bu 50 dəqiqə gec baş verir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600