Xaçmazda 42 yaşlı kişi itkin düşdü - FOTO

media-hightechnic-468x90

Xaçmaz rayonunda itkin düşən şəxs axtarılır.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Xaçmaz rayonunun Alekseyevka (Çay kənarı) kənd sakini, 42 yaşlı Murad Ziyayev 2019-cu ilin noyabr ayının 27-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bildirilib ki, M.Ziyayevin əlamətləri belədir: “Boyu 167 sm., orta bədən quruluşlu, yumru sifətli, gözlərinin rəngi şabalıdıdır. Murad Ziyayev ruhi əsəb xəstəliyindən əziyyət çəkir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 şəhər və 051-843-02-02 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600