!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti: “Azər Paşa Nemətov neylədi ki, Hacı da nə iş görsün?” - QARŞIDURMA

!Reklam – Yazi

Xalq artisti Hacı İsmayılovun Teatr Xadimləri İttifaqının sədri seçilməsi ətrafında qarşıdurma səngimək bilmir.

Yenicag.az-a açıqlama verən tanınmış aktyor, Xalq artisti Tariyel Qasımov da yeni rəhbərlikdən heç bir gözləntisi olmadığını bildirib. Xalq artisti, ümumiyyətlə, bu qurumun teatr və teatr adamları üçün heç bir əhəmiyyət daşımadığını deyib:

“Bu qurumun heç kəsə dəstəyi yoxdur, özləri yığışır, öz sevdiklərinin işinə yarıyırlar. Özləri də istədiklərini həll edirlər. Teatr Xadimləri İttifaqının qurultayı, ya konfransı olubsa, mən niyə oraya dəvət oulnmamışam? Mən də o qurumun üzvüyəm. Üç teatrda bədii rəhbər vəzifəsini icra etmişəm. Rəhmətlik Azər Paşa Nemətov nə iş gördü ki, Hacı da nə iş görsün? O qurumdan maaş alacaq, özünü dolandıracaq, lazım olanda da dostlarını da gəzməyə, kurortlara göndərəcək, vəssalam. Yəni yalnız özləri üçün iş görəcəklər. Kinematoqrafiya İttifaqı elə, bunlar da belə. Onların sənət adamları üçün görəcəkləri iş yoxdur, qətiyyən. Yalnız özləri üçün çalışırlar”.

Cəvahir

www.yenicag.az

272
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv