Xalq artisti GİLEYLƏNDİ: “Kimin “daydayısı” var, puldan-zaddan tapır...”

media-hightechnic-468x90

“İndi nə kinostudiya var, nə kino, nə də rejissor…”

Bu sözləri Yenicag.az-a açıqlamasında Xalq artisti, tanınmış aktyor Tariyel Qasımov deyib.

O, kinomuzun hazırkı durumundan və əlaqədar qurumların kinoya biganə münasibətindən gileylənib:

“Vaxtilə kinostudiyada gözəl filmlər çəkilib. Onlar milli kinomuzun ən gözəl inciləridir. Amma indi nə Kinostudiya var, nə kino, nə də rejissor. Kimin “daydayısı” var, puldan-zaddan tapır, özlüyündə hesab edir ki, bu da film çəkir. Bu işə Kino qurumları, Mədəniyyət Nazirliyi nəzarət etməlidir. Təəssüf ki, onlar da baxmır. Buna görə də kinomuzun aqibəti göz önündədir”.

Xalq artisti yerli seriallarda görünməməsinə münasibət bildirib:

“Çox təəssüf ki, bu işə mən cavabdeh şəxs deyiləm. Çəkilən seriallardan mən də narazıyam. Heç məni elə seriallarda görmüsünüz? Yox, çünki məni dəvət edirlər, amma qəbul etmirəm. Ancaq nə edək? Bu işə cavabdeh olan şəxslərin zövqləri budur”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa